Dağıstanda 3 avtomobil toqquşdu: 8 ölü, 16 yaralı

img

Dağıstanda, Kavkaz şossesində sərnişin avtobusu minik avtomobili və “Kamaz” markalı avtomobillə toqquşub. 

Rezonans.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti qəza nəticəsində 8 nəfərin öldüyünü bildirib. 

Nazirlik həmçinin “Kamaz” da daxil olmaqla ümumilikdə 3 avtomobilin toqquşmasına aydınlıq gətirib.

Hazırda polis hadisə yerində qəzanın səbəblərini araşdırır.

Xəbəri paylaş: