Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

img

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Rezonans.az xarici KİV-ə istinadla bildirir ki, görüş zamanı diplomatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Ukraynadakı vəziyyət, NATO-nun genişləndirilməsi və ikitərəfli münasibətləri müzakirə ediblər.

Qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına həsr olunmuş iki günlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

Xəbəri paylaş: