“Azərbaycanın qəhrəman övladları” adlı tədbir keçirilib

“Azərbaycanın qəhrəman övladları” adlı tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında Umummilli lider Heydər Əliyevin 100 illiyinə və 26 iyun -  Silahlı qüvvələr gününə həsr edilmiş “Azərbaycanın qəhrəman övladları”  adlı tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, 15 şəhid ailəsi və övladlarının da qatıldığı tədbirdə məruzə edən Türkiyənin BZT Akademiyasının rəhbəri Baha Yılmaz, həmin Akademiyanın Azərbaycan, Qafqaz və Orta Asiya üzrə rəhbəri Şükürova-Babayeva Fərahilə və layihə koordinatoru Nərmin İbrahimova, Əbədi Birlik Gənclər İctimai Birliyini sədri Şahin Əliyev, Azərbaycan Turan Akademiyasının prezidenti Niyaməddin Şükürov və Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə dövlətimizin şəhid övladlarına göstərdiyi diqqət və qayğıdan bəhs edərək müasir uğurlu siyasəti haqqında məlumat verdilər. Tədbirin sonunda Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür bildirildi.  

Tədbir iştirakçıları ümummilli liderin məzarını ziyarət edərək xatirəsini yad ediblər.     



Xəbəri paylaş: