
Düz 105 il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müstəqil ordu yarandı. Bu ordunun qoyduğu ənənələrlə müstəqillik dövrümüzdə Ulu öndər Heydər Əliyev tərəfindən müasir ordumuz formalaşdı. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq üçüncü ildir ki, 44 günlük Vətən Müharibəsində qazanılan böyük Zəfərlə qeyd olunur. Bu gün Azərbaycan Ordusu güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan Ordusunun arsenalında ən güclü müasir silah və texnikalar var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində biz bu gün müasir, ən güclü Azərbaycan Ordusunu qurmuşuq. Güclü dövləti olmaq istəyən xalqın güclü də ordusu olmalıdır. Ordu dünyada yeganə sturukturdur ki, xalqdan qidalanır. Ordu dövlətin hər bir siyasi faəliyyətinin başlanğıcında durur. Ordusu güclü olan dövlət həqiqətən də güclüdür. Azərbaycan ordusu doğrudan da çox şərəfli səhifəyə imza atıb. Azərbaycanın beynəlxalq təcrübəyə malik bir ordusu var. Çox böyük döyüş və əməliyyat təcrübəsinə malik bir ordudur. İstənilən təhülükənin qarşısın ala biləcək bir ordudur. Ordu dövlətin təkcə gücü deyil həm də təhlükəsizlik qarantıdır. Birinci Qarabağ müharibəsində əlin yalın Azərbaycan xalqı ilə təpədən dırnağa kimi silahlanmış erməni birləşmələrinin iki il ərzində zorla bəzi xəyanətlərlə işğal etdiyi torpaqları 44 gün ərzində erməni hərbi birləşmələrindən aldı. Bu doğrudanda böyük qəhrəmanləq səhifəsidir. Bu dünyada analoqu olmayan hərbi əməliyyatlar sırasındadır. Təkcə Şuşanın alınması müxtəlif ölkələrin hərbi məktəblərində hərbi taktikanın nümunəsi olaraq öyrədilir. Biz belə bir profesional, xidməti borcunu bilən xalqına, dövlətinə xidmət edən qəhrəmanlar ordusuna malikik. Azərbaycan Silahlı Qüvvələri hazırda istənilən xarici təxribatın qarşısını almaq iqtidarındadır. Azərbaycan Ordusunun döyüş hazırlığı, eləcə də maddi-texniki təminatı bu gün yüksək səviyyədədir. Azərbaycan xalqı arxayın ola bilər ki, gələcəkdə baş verə biləcək, hər hansı təxribatların qarşısını Azərbaycan Silahlı Qüvvələri yüksək səviyyədə almaq qüdrətindədir. Əslində bu bizim üçün böyük fəxr mənbəyidir.
Məmmədov Məcid Cəlal oğlu,
YAP Göygöl rayon təşkilatı üzrə Firuzabad qəsəbə ərazi partiya təşkilatının sədri