Türkiyə İraqda iki şəhid VERDİ

img

Türkiyə Silahlı Qüvvələri İraqda iki şəhid verib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zonasında terrorçular Türkiyə hərbçilərinin mövqeyinə raket zərbəsi endiriblər. Nəticədə bir hərbçi şəhid olub, daha dörd hərbçi yaralanıb. Yaralı hərbçilər xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş: