Bakıda avtobus dirəyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Rezonans.az-a bildirib ki, Səbail rayonu ərazisində 31 nömrəli marşrut avtobusu dirəyə çırpılıb və dirək binaya doğru aşıb.
Hazırda DYP və Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.