
Beynəlxalq Qarabağ Forumunun yeni formalaşmış idarə heyətinin toplantısı keçirilib.
Rezonans.az xəbər verir ki, Şamil Mehdinin moderatorluğu ilə baş tutan toplantıda ay ərzində görülən işlər haqqında məlumat verilib, beynəlxalq ictimai-siyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda Azərbaycan dili müəllimlərinin qurultayı və bir sıra digər məsələlər müzakirə olunub.
Gündəlik məsələlər üzrə İsveçdən Ülviyyə Nəcəfova, Türkiyədən Cafer Dal, Gürcüstandan Ələddin Qarabağlı, Rusiyadan Elşən İbrahimov, Azərbaycandan BQF koordinatoru Akif Nağı, Şamil Mehdi, Novruz Novruzbəyli, Güntəkin Nəcəfli, Almaniyadan Burzu Qılıncxanov müzakirələrdə iştirak edib, fikirlərini bölüşüblər.
Qərara alınıb ki, bu ilin payızında Türkiyədə və İsveçdə keçirilməsi planlaşdırılan elmi-praktik konfransların təşkilatı məsələlərinə diqqət artırılsın, digər ölkələrdə Azərbaycan dilinin tədrisinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə qurultay və konfransların təşkili imkanları öyrənilsin. BQF diaspor təşkilatlarının ana dilinin öyrənilməsinə ciddi yanaşmaları üçün çağırış etdi.