
İyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə məhz yeniliklərə, hazırkı dövrün çağırışlarının düzgün dəyərləndirilməsi üçün müəyyənləşdirilən addımlara bir daha diqqət yetirildi, Azərbaycanın quruma sədrliyi dövründə gördüyü işlərin, qəbul etdiyi qərarların hansı uğurlara yol açdığı açıqlandı.
Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyanın diqqətində oldu. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdi. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları xüsusi qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək otuz illik işğala son qoyduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdı.Azərbaycan torpaqlarını bir neçə il ərzində addım-addım,kənd-kənd,rayon-rayon işğal edən Ermənistan Azərbaycanın,bynəlxalq təşkilatların haqqlı,qanuni tələblərinə əməl etmədi,işğal etdiyi yerlərdən geri çəkilmədi.
Ali Baş Komandan cənab İlham Əliyev Ordu quruculuğunu bu illər ərzində möhkəmləndirdi.2020-ci il 27 sentyabrında başlanan erməni hücümlarına əks hücümla cavba verildi.Düşmənin keçilməz,yarılmaz hesab olunan cəbhə xəttini yardı.Qədim türk döyüş taktikası əsasında aypara şəkilli hücüm əməliyatı öz bəhrəsini tezliklə verdi.İşğal altında olan kəndlərimiz və rayonlarıımız bir-bir azad azad edilməyə başladı.04.10.2020-ci il tarixində Cəbrayıl rayonun azad edilməsini bütün Azərbaycan xalqı böyük sevinclə qarşıladı,dostlarımız sevindi düşmənlərimiz yasa batdı.17.10.2020-ci il tarixdə Füzuli,20.10.2020-ci il tarixdə Zəngilan, 25.10.2020-ci il tarixdə Qubadlı rayonları işğalçılardan təmizləndi.
Artıq Şuşa şəhərinin alınmasına daşnak törtöküntülərindən təmizlənməsinə heç kimdə şübhə yeri qalmamışdı.Azərbaycan hərbiçiləri müasir hərb tarixinə düşəcək bir üsüldan istifadə edərək Şuşa şəhərini də işğldan azad etməyə nail oldular. Otuz illik ümidsizliyə,inamsızlığa son qoyuldu.Xalqın qırılmış ümidləri,inamları bərpa olundu. Məğlubiyyətlərinin qaçılmaz olduğunu görən Ermənistan Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüş olmadan boşaldılmasını və Azərbaycana təhvil verilməsini təmin etdilər.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında 44 günə məğlub edərək otuz illik işğala son qoydu, həm də belə bir qısa vaxtda döyşdə qalib gəlmək dünya hərb tarixində bir yenilik idi.Bizim üçün fəxrdir ki, bu yeniliyi Azərabycan Ordusu həyata keçirib.
Salman Balakişiyev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl təhsil sektoru ərazi partiya təşkilatının sədri.