Türkiyə və Misir ticarət həcmini artırmağı planlaşdırır

Türkiyə və Misir ticarət həcmini artırmağı planlaşdırır

Türkiyə və Misir ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı planlaşdırır.

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Komissiyasının Türkiyə-Misir İşgüzar Şurasının sədri Mustafa Denizer bildirib.

Mustafa Denizer ticarət dövriyyəsinin 15-20 milyard dollara çatdırılması imkanının olduğunu söyləyib. Yaxın bir neçə ildə pərakəndə satış, enerji, məişət texnikası, nəqliyyat sektorlarına investisiyalar arta bilər.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Misirə 3,2 milyard dollar dəyərində mal ixrac edilib, 2020-ci ildə bu göstərici 2,95 milyard dollara düşüb. Ancaq qarşılıqlı addımlar nəticəsinə artıq Türkiyədən Misirə ixracın həcmi 4,03 milyard dollara çatıb.

Qeyd edək ki, bu il iyulun 4-də 10 illik fasilədən sonra Türkiyə və Misir arasında diplomatik əlaqələr bərpa olunub, qarşılıqlı səfirlər təyin edilib.

Xəbəri paylaş: