
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail ordusunun Tvitter səhifəsində məlumat verilib.
PUA-nın Suriya ərazisində qəzaya uğradığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzaya uğrayan PUA-nın modeli barədə məlumat verilməyib.