
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Rezonans.az-ın əldə etdiyi məlumata görə, bu gün ədliyyə naziri Fikrət Məmmədov Mirsaleh Seyidovu kollektivə təqdim edib.