Yevlaxda maşın kanala düşüb - Bir nəfər batıb

img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Rezonans.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş: