
Aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüş zamanı dövlətimizin başçısı cənab İlham Əliyev bir sıra xüsusi məqamlara toxunaraq bildirdi ki, “Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir.
Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: "Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış 10 sənəd və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi strateji tərəfdaşlıq haqqında bəyannamə, o cümlədən dövlətlərarası şuranın yaradılması haqqında memorandum və digər sənədlərin imzalanması məhz dostluq,qardaşlıq və humanizm prinsiplərinə əsaslanır.Hesab edirəm ki, iki dövlət arasında münasibətləri irəli aparmaq üçün kifayət qədər potensial mövcuddur.“Düşünürəm ki, bu sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Artıq Azərbaycan şirkətləri bu sahədə müəyyən təcrübələr qazanıblar. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər".
Digər əsas məsələlərdən biri odur ki, Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün qazanclı ola bilər. Dövlət başçılarının görüşlərində də bu məsələnin əhəmiyyəti də qeyd olunmuşdur. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Qırğızıstana tam şərait yaradır. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi.Məhz bu istiqamətdə olan məsələlərin həll olunması üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Ümumilikdə Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bütün dünyaya aydın olur ki, Azərbaycan digər dövlətlərlə də dostluq,sülh və əmin-amanlıq prinsiplərinə əsaslanaraq yüksək səviyyədə əməkdaşlıq edən demokratik və güclü dövlətdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı