Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib

img

Bu gün polis orqanlarının “Silahsız özünümüdafiə və əlbəyaxa döyüş” üzrə Respublika Birinciliyinə hazırlıqla bağlı Göygöl Rayon Poliş şöbəsi üzrə əməkdaşlar arasında yarışmanın yekun turu keçirildi.  

    

Rezonans.az xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon Prokuroru İlqar Hacızadə, DTX Göygöl rayon şöbəsinin rəisi Natiq Musayev, Poliş şöbəsinin rəisi Zaur Nəsirov iştirak etdi.

     

Dörd çəki dərəcəsi üzrə yarışmada qalib gələn iştirakçılar Poliş şöbəsinin rəisi tərəfindən diplomlarla təltif olundular. Sonda rayonunda yarışa hazırlıq üzrə təlimlərin yüksək peşəkarlıqla təşkilinə görə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş inspektoru Polis polkovnik leytenantı Zaur Tofiq oğlu Məcidov Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundu.  

Xəbəri paylaş: