Azərbaycan öz təbiəti gözəlliyi ilə dünya ölkələri içərisində öz yerini tutur

img

DOĞMA AZƏRBAYCANIM! Doğma yurdum.

Yaşıl təbiətin qoynunda dincəlmək hər kəs üçün vacibdir.Azərbaycan öz təbiəti gözəlliyi ilə dünya ölkələri içərisində öz yerini tutur.İstirahər mərkəzləri olan Azərbaycanın cənub bölgəsinən sizlərə söz açmaq istədim.Cənub bölgəsində bir çox istirahət mərkəzləri vardır. Lənkəranın  çaylarınan,siturus meyvələrinən dadlı mətbəxinən zəngindir. Lənkəranın Moğonojba kəndi müxtəlif meyvə ağacları ilə və böyük göldən ibarət bir dincəlmək mərkəzidir.Yaşıllığı və təmiz havası ilə böyük gözəl göldən ibarət bir yerdir. Lənkaranın Daştaturk kəndi öz gözəlliyi ilə insanları valeh edir.Hər bir kəndin öz dincəlmək mərkəzi vardır.Turistləri və gələn qonaqları qalmağa çox gözəl şəraitlər yaradılmışdır.Meşə gəzintiləri ilə, tonqalda  dadlı yeməkləri ilə dincəlmək fürsətləri vardır.Meyvələri ilə zəngin, yeməkləri ilə məhşur olan cənub bölgəmiz  Lənkaranın istisu qəsəbəsi "Citrus Valley" öz sitrus meyvələri ilə məhşurdular.Təbii məhsulların dadı, cənub mətbəxinin dadı xatirələrdə qalır.Tək Lənkəranda yox istirahət mərkəzləri həm Cənub bölgəmizin Astara rayonun kəndlərində vardır.Məsələn, Səncərədi kəndi.,Yaşıl Göl" bir tərəfi meşə bir tərəfi göl. Fərqli ballqllarla zəngin olan istirahət mərkəzidir. Yeməkləri öz balıqları ilə hazırlanır. Təbiətin yaşıllığı ilə zəngin olan  Astara rayonun Sim kəndi "Bal Qayası"  təbiətin ən gözəl guşələrindən birdir.Bal qayasıa ancaq alpinistlər qalıxa bilər. Talış dağlarının sıldırım qayalıqlarında, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən Sim kəndi tarixi abidələri ilə,qayaları və sərin bulaqları ilə tanınır. Astara rayonun Kijəbə qəsəbəsi istirahət mərkəzi "Balıqçı Abi" adı altında fəaliyyət göztətir.Təbiətin gözəlliyi onun yaşıllığı, saf gölləri ilə zəngin bir istirahət mərkəzidir.Cənub bölgəmizin gözəl təbiəti ilə Masallı, Ərkivan qəsəbəsində yaşayan Qöncə xanım və ailəsi uzun illərdir balçılıqla məşhurdur.Qönçə xanım mühasibədə bildirdi ki, Ailə quranda atası arıları qızına cehiz verib. Qönçə xanım o gündən öz başçılığını qurur və "Obal" adlandırır.Arılar təbi meyvə çiçəkləri ilə qidalanır və bal verir. Azərbaycanda nəsildən nəsilə ötürülən musgərçilik deyilən bir iş var. Masallı rayonunun Boradigah qəsəbəsində Misgər Taleh bəy yaşayır.Taleh bəy misgərlik işini bu günümüzdə belə yaşadır.Köhnə mis qazanlar və digər alətlər  alınır təzədən bəzəkli Şəkidə işlənilir.Adət ənənəmizə çox nəsildən nəsilə keçirərək yaradılır.Kənd evində istirahət etmək üçün Lerikin Piran kəndində olduq. Balçı Mahirlə görüşdük.Mahir bəy uzun illərdir ki, "Bal Süfrəsi " adı ilə turistləri və gələn qonaqları qəbul edir. Təbii balı almaq imkanına malik ola bilinir. Lerik rayonunda  istirahət  etmək istəyən turustləri,qonaqları sadə koteclərdə dincələ bilərlər. Lerik rayonun "Şəfalı göl" ün havası, suyu şəfalı axar- buxardır.Vətənimizin hər yanı gülşəndir, gözəldir və bu gözəllikdən doymaq olmur.


SAHİLƏ BAYRAMLI

Xəbəri paylaş: