Azərbaycan dövləti hüququ, demokratik dövlətdir

img

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların reallaşdırılması nəticəsində ölkəmizdə böyük iqtisadi inkişafa nail olunub. Bu gün Azərbaycan dünyada az ölkələrdəndir ki, müstəqil iqtisadi siyasət həyata keçirir və heç bir ölkədən asılı olmayan iqtisadiyyata malikdir.


Prezident cənab İlham Əliyev 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə iqtisadiyyatın dayanıqlı inkişafı barədə çıxış etdi. Ölkə başçımızın iqtisadi strategiyasının əsasını neft-qaz sektoru ilə paralel qeyri neft-qaz sənayesinin inkişaf etdirilməsi təşkil edir. Azərbaycanda qeyri-neft sektoru bütün sahələrdə sürətli şəkildə inkişaf etdirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qeyri-neft sənayesi 6,5 faiz artmışdır. İqtisadi inkişafın yüksəlməsinə təsir edən müsbət amillərdən biri də vergi və gömrük orqanlarında aparılan islahatlar və burada şəffaflığın təmin edilməsidir. Bu il Azərbaycanın dövlət büdcəsi rekord həddə - 32 milyard manatdan çox olmuşdur. İlin birinci yarısında dövlət büdcəsinə əlavələr daxil olmuşdur. 


Bu vəsait ordumuzun təkmilləşdirilməsinə və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına sərf ediləcək. 

Müasir dünyada inkişaf etmiş dövlətlərdə belə idxal ixracı üstələyir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, ixrac idxalı dəfələrlə üstələyir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsasını Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi təşkil edir. 

Ölkə başçımız müşavirədə Qarabağ  və Şərqi Zəngəzura Böyük Qayıdış planı barədə Azərbaycan dövlətinin mövqeyi və həyata keçirdiyi işlər barədə də məlumat verdi. İlkin mərhələdə Qarabağ və Şərqi Zənhəzurun 100 dən çox yaşayış məntəqəsində yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər Laçının Zabux və Sus kəndlərinin sakinləri öz evlərinə dönəcək. 2023- cü ilin sonuna qədər isə işğaldan azad edilmiş bir şəhər və 4 kəndimizin sakinləri öz doğma ocaqlarına dönəcəklər. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına ümumilikdə bu ilin sonuna qədər 12 milyard manatın ayrılmadı nəzərdə tutulmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkəmizin bütün bölgələrində böyük infrastruktur layihələr həyata keçirilir. 

Prezident cənab İlham Əliyev dünyada gedən geosiyasi vəziyyət və Azərbaycan dövlətinin öz təhlükəsizliyi və müstəqilliyinin qorunması istiqamətində atdığı addımlardan və ölkəmizin dünyada artan nüfuzu barədə çıxış etdi. 


Sirr deyil ki, bu gün dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlər bu hüququ pozur. Dünyada güc amili ön plana keçmişdi. Azərbaycan bu gün istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən güclü bir dövlətdir. Heç bir dövlət, ölkə Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Azərbaycana qarşı çıxmaq istəyən dövlətlər Qarabağ müharibəsində və sonrakı dövrlərdə ölkəmizin gücünü gördülər. 


Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki qalib ordudan daha güclü bir ordudur. Ermənistan rəhbərliyi də başa düşməlidir ki, onların güclü Azərbaycan dövləti ilə sülh müqaviləsi bağlamaqdan başqa variantları qalmamışdır. Son dövrlər Ermənistan rəhbərliyi Qarabağ  və anklav  kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Ermənistan rəsmiləri sülh müqaviləsinə imza atarsa regionda tezliklə sülh bərqərar olar. 

Azərbaycanda beynəlxalq əhəmiyyətli iqtisadi layihələr də uğurla icra edilir. Azərbaycam Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyindən ölkəmizdə nəqliyyat-loqistika sahələrində böyük layihələr başa çatdırılmışdır. Ölkəmizdə inşa edilmiş Ələt Azad  İqtisadi Zonası region dövlətləri ilə yanaşı bütün dünya üçün çox əhəmiyyətlidir. Ələt Azad Iqtisadi Zonasına dünya dövlətlərinin marağı artmaqdadır. Bu gün Azərbaycan  dünyada yaşıl enerji  mənbəyi kimi tanınır. Ölkəmizdə elektrik enerjisi istehsal edən külək və elektrik enerji stansiyaları inşa etdirilir. Yaxın vaxtlarda  Azərbaycanda istehsal olunan yaşıl enerji Avropa  dövlətlərinə də ixrac olunacaq.

Azərbaycan dövləti ölkəmuzdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və təbiətin qorunmasına böyük diqqət ayırır. Müşavirədə Prezident cənab İlham Əliyev son günlər Gədəbəyin Söyüdlü kəndində baş verən hadisəyə də öz münasibətini bildirdi. Ölkə başçımız  Söyüdlü kəndinin sakinlərinin qaldırdığı problemlərdə haqlı olduqlarını vurğuladı. Təəssüf ki,  Söyüdlü kəndində fəaliyyət göstərən xarici investorlar, ekologiyanın qorunmasına nəzarət edən qurumlar  böyük səhlənkarlığa yol vermişdilər.  


Nəticədə ölkəmizin ekoloji durumuna ziyan vurulmuşdur. Vəziyyətdən istifadə edən bəzi şəxslər də əhali ilə polislər arasında narazılıqlar yaratmağa cəhd etmişdilər. Bu şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmuşdular. Azərbaycan dövləti hüququ, demokratik dövlətdir. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır.



Kamilə Əliyeva 

Milli Məclisin deputatı,  professor

Xəbəri paylaş: