Stoltenberq Ankaranın İsveçin NATO-ya qəbuluna vetonun ləğvinə razı olduğunu açıqlayıb

img

NATO-nun baş katibi Yens Stoltenberq Ankaranın Stokholmun NATO-ya qəbuluna vetonun ləğvinə razı olduğunu açıqlayıb.

Rezonans.az xəbər verir ki, Alyansın baş katibinin sözlərinə görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson arasında danışıqlardan sonra baş verib.

İclasda Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edib.

“Ankara İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu ratifikasiya üçün parlamentə mümkün qədər tez təqdim etməyə və bu sənədin ən qısa zamanda qəbul edilməsi üçün onunla işləməyə razılaşıb”, - Stoltenberq bildirib.

O, söz verib ki, blok öz növbəsində terrorla mübarizə üzrə xüsusi mexanizm və xüsusi nümayəndə postu yaradacaq.

Ötən cümə axşamı alyansın baş katibi Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin bloka qoşulmayacağını bildirib. O qeyd edib ki, Türkiyə tərəfindən bu vaxta qədər ərizənin ratifikasiyası hətta onun razılığı ilə də mümkün deyil.

Xəbəri paylaş: