Avropa İttifaqı Türkiyəni müzakirəyə qoyacaq

img

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də keçiriləcək toplantıda Türkiyə-Avropa İttifaqı münasibətlərini qiymətləndirəcəklər.

Rezonans.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısında Türkiyə ilə əlaqələrlə yanaşı, bir çox məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə ilə əlaqələr ittifaq üçün ən vacib mövzulardan biridir. Türkiyənin üzvlük prosesi bitsə də, hələ də namizəd ölkədir. Aİ ölkələri dövlət başçılarının son iclaslarında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borreldən Türkiyə ilə bağlı hesabat hazırlamaq xahiş olunub. 20 iyul iclasında bununla bağlı da fikir mübadiləsinin aparılacaq.

Aİ rəsmiləri kommunikasiya kanallarını açıq saxlamaq və Türkiyə kimi mühüm ölkə ilə dialoqda olmaq istədiklərini vurğulayırlar.

Xəbəri paylaş: