Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

Rusiyanın hücumunun başlamasından bəri Ukraynada 2787 mülki şəxs həlak olub, 3152 nəfər yaralanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Bildirilib ki, bunlar yalnız təsdiqlənmiş şəxslərin sayıdır, faktiki rəqəm daha çox ola bilər.

 

Öldürülən 2787 nəfərin 912-si kişi, 611-i qadın, 61-i qız və 74-ü oğlandır, o cümlədən cinsiyyəti hələlik məlum olmayan 163 uşaq və 2189 böyük var.

Xəbəri paylaş: