Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.
Rezonans.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, institutun direktoru vəzifəsinə İradə Axundova təyinat alıb.
Qeyd edək ki, İ.Axundova əvvəllər həmin institutda direktor müavini vəzifəsində çalışıb.










