Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtıdır və qələbəmizin rəmzidir

img

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

II Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu qısa zamanda 44 günə   düşməni diz çökməyə məcbur etdi.Ermənistanın kapitulyasiya aktına imza atması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Şuşa şəhərini düşməndən azad etməsi ilə tarixi ədalət bərpa edildi. Artıq azad edilmiş tarixi ərazilərimiz, torpaqlarımızın hər yerində böyük quruculuq-bərpa işləri icra edilir. Bu xüsusda Şuşa şəhərin tarixi görkəmi özünə qayıtmış olur. Şuşada müasir infrastruktur, otellər binalar, tarixi-mədəni abidələr, məscidlər, minarələr təmir-bərpa edilir. Bütün bunların fonunda Şuşa yerli və beynəlxalq tədbirlərin keçirildiyi mədəni, siyasi mərkəzə çevrilib. Milli Mətbuatın 148 illiyi çərçivəsində Şuşada Qlobal Media Forumunun keçirilməsi də bu baxımından xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına tutarlı və məntiqli cavabları ölkəmizin post-müharibə dövrü perspektivləri, regionda formalaşmış yeni reallıqlarla bağlı yanaşması açıq şəkildə ifadə edilib: “Azərbaycanla yanaşı Qafqazın, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi olan tarixi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi xüsusi məna kəsb edir. Forumun Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından önəmli idi. 49 ölkədən 150-i xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun yer aldığı Şuşa Qlobal Media Forumunda həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi qatılıb.

   Tarixə nəzər salsaq, görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. 

Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy 

mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Eyni zamanda, Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Mədəniyyət beşiyi olan bu şəhərin abu-havası məşhur yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində də öz əksini tapmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində Şuşanın azad olunduğu günü Azərbaycan tarixində əbədi qalacaq, əbədi yaşayacaq tarix kimi vurğulayaraq, - "Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”deyə Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini veribdir. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.

   Bir neçə gün öncə, İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.“Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı... Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir.” - deyə bildirib.



 Semur Əsgərov,


YAP Göygöl rayon təşkilatının məsləhətçisi.

Xəbəri paylaş: