Bakıda yeniyetmə maşından 3500 manat oğurladı

Bakıda yeniyetmə maşından 3500 manat oğurladı

Bakıda avtomobildən 3500 manat oğurlanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “BMW “markalı bir avtomobildən 3500 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: