
İulun 22-də Çinin “China Global Television Network” televiziya kanalında yayımlanan mühasibəsində Prezident İlham Əliyev verilən bütün sualları hərzaman olduğu kimi, tam əhatəli, dəqiq və faktlara əsaslanmış şəkildə cavablandırıb. Dövlətimizin başçısı Azərbaycan-Çin arasındakı mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Cənab Prezident iki ölkənin yürütdüyü siyasət və bir çox digər sahələrdə oxşarlıqların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Çin əlaqələrinin tarixi və inkişafı istiqamətində bir çox məqamlardan, Ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin qurulmasına, inkişafına, dərinləşməsinə verdiyi töhfədən söhbət açıb. Azərbaycan ərazisindən təkcə Bakı -Tibilisi- Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq.
1991-ci ildə Azərbaycan 71 illik əsarətdən xilas olaraq öz müstəqilliyini əldə etmiş oldu.Müstəqilliyin ilk illəri çox ağır və məşəqqətli idi.Yenicə öz müstəqilliyini əldə etmiş Azərbaycan dövlətində dövlət siyasətini layiqincə bilməyən onu idarə edən səriştəsiz və eləcə də təcrübəsiz insanların rəhbərliyi sayəsində dövlət günbəgün ağır vəziyyətlə üzləşirdi.Erməni daşnak qüvvələrinin anti Azərbaycan siyasəti, Qarabağ uğrundakı məkrli niyyətləri vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bu dövrdə Azərbaycanın siyasi rəhbərliyi ilə qardaş Türkiyə dövlətinin siyasi rəhbərliyi arasında elə də isti münasibətlər formalaşdırılmamışdır. Baxmayaraq ki, Azərbaycanın əldə etdiyi müstəqilliyi ilk tanıyan dövlət də qardaş Türkiyə dövləti olmuşdur. Azərbaycanın siyasi hakimiyyəti Azərbaycan -Türkiyə birliyinə elə də önəm vermədiyi halda Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu halda bu birlik uğrunda qətiyyətli və cəsarətli addım ataraq Türkiyənin İğdır şəhəri ilə Naxçıvanı birləşdirən Ümüd körpüsünün açılışına 28 may 1992-ci il tarixində nail oldu.Əslində bu körpü həm də gələcəkdə Zəngəzur dəhlizinin açılmasında bir yaşıl işıq və bir mayakdır.
Təsadüfü deyil ki, o zaman Türkiyənin Baş Naziri Süleyman Dəmirəl Naxçıvanda olarkən "Azərbaycan özünün ədalətli mübarizəsində tək. Bir dünyanın Azərbaycan haqqında həqiqətləri bilmək üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq.Biz kədər və sevinci birlikdə bölüşəcəyik".Bu ifadələr və bu ifadələri ərsəyə gətirən Heydər Əliyev dühası tarixi Azərbaycan -Türkiyə birliyinin müasir dövrümüzə inteqrasiyası kimi başa düşülməlidir. Ümummilli Lider Heydər Əliyevin bu birlik uğrunda apardığı yarımçıq qalmış məqsədyönlü siyasəti İlham Əliyev ötən müddət ərzində uğurla davam etdirərək Bakı -Tibilisi-Qars dəmir yol xəttinin 30 oktyabr 2017-ci il tarixində istismara verilməsinə nail oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalda olan Azərbaycan torpaqlarında ağır məğlubiyyətə uğradaraq qələbə əldə etdi. Nəticədə Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixli bəyannamə qəbul edildi. Bəyannamənin 9-cu maddəsində açıq şəkildə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.Azərbaycan Respublikasının Qərb rayonlarının və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verilir.Cənab Prezident İlham Əliyevin sözügedən müsahibəsi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Regional əməkdaşlığın, həmçinin beynəlxalq əlaqələrin coğrafiyasının genişləndirilməsində maraqlı olan ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyi fonunda qazanılan uğurların miqyası daha da artır. Tarixi Zəfərimizdən sonra günümüzün əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması ölkəmizin tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək. Avropanı Asiya ilə birləşdirən ən qısa yol kimi dəyərləndirilən Zəngəzur dəhlizi tərəfdaş ölkələrin yükdaşıma problemlərinin həllində önəmli rol oynayacaq və bölgədə əməkdaşlığın genişlənməsi imkanları artacaq. Azərbaycan bu gün bölgədə söz və güc sahibidir. İlham Əliyev cənabları dövlətin daxili və xarici siyasətini uğurla davam etdirir. 44 günlük Vətən müharibəsindən ötən üç ilə yaxın müddət ərzində işgaldan azad edilmiş ərazilərdə yüksək sürətlə quruculuq və abadlıq işləri aparılmaqla yanaşı "Böyük Qayıdış"a start verilib. Zəngəzur dəhlizindən keçəcək nəqliyyat və dəmiryol xətlərinin inşası uğurla davam etdirilir. Bu yol xəritəsinin inkişafında ilk olaraq qardaş Türkiyə dövlətinin başçısı RəcəbTayyib Ərdoğan, o cümlədən Azərbaycana dost dövlətlər Azərbaycanın yanındadır.
Mətləb Hüseynov,
YAP Göygöl rayon Kərəmli kənd ərazi partiya təşkilatının sədri