Su anbarında batan şəxsin meyiti ÇIXARILDI

img

Ağsu rayonunda “Cavanşir” su anbarında batan şəxsin meyiti tapılaraq çıxarılıb.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş: