Masallıda meşə massivində yanğın olub

Masallıda meşə massivində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Yeyənkənd kəndi ərazisində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Rezonans.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.

Xəbəri paylaş: