Bu gün Ukraynada növbəti məhbus mübadiləsi baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini İrina Vereşçuk məlumat yayıb.
Mübadilə nəticəsində 45 ukraynalı rus əsirliyindən azad edilib. Onlardan 13-ü zabit və 20 əsgərdir, 5-i yaralıdır.
"Eyni zamanda 12 mülki vətəndaşımızı vətənə qaytarırıq", - Vereşçuk bildirib.










