Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişiblər

img

Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib, 45 ukraynalı evinə qayıdıb.

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

O qeyd edib ki, əsirlikdən qayıdanlardan 13-ü zabit, 20-si əsgərdir. Onlardan 5-i isə yaralıdır. Həmçinin 12 mülki şəxs evinə qayıdıb.

Xəbəri paylaş: