Sumqayıtda "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.
Rezonans.az-ın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar
Bununla yanğında xəsarət alan yanğınsöndürənlərin sayı 3-ə çatıb.
***20:57
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.
TƏBİB-dən Rezonans.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.
Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.










