Astarada 18 yaşlı gənc bıçaqlandı

img

Astarada bıçaqlanma olub.

Rezonans.az xəbər verir ki, Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: