Erməni hərbçi xidmət yoldaşı tərəfindən

img

Ermənistan ordusunun 20 yaşlı hərbi qulluqçusu xidmət yoldaşı tərəfindən güllələnərək öldürülüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib. "N" saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan xidmət yoldaşı tərəfindən güllələnib. O, xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hadisənin səbəbləri araşdırılır.

Xəbəri paylaş: