
Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan ermənilərin Azərbaycan Pasportunu almaq üçün müraciət etmələrinə, Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.
Rauf Bayrambəyli Rezonans.az-a açıqlamasında qeyd edib ki, Xankəndində yaşayan ermənilər artıq anlayıblar ki, onların yeganə çıxış yolları, xoşbəxt və sülh içində yaşamlarını davam etmələri üçün Azərbaycan Vətəndaşlığını qəbul etmələri zəruridir. Habelə Xankəndi şəhərində yaşayan ermənilərin demək olar ki, böyük bir hissə artıq vətəndaşlıq almaq üçün müraciət etmişlər. Lakin Ermənistanın qatil və qeyri-peşəkar hakimiyyəti buna maneə olmaq üçün müxtəlif təxribatlar törətməyə çalışırlar.
Bəzi anlaqsız və ya pul müqavilində cəlb etdikləri erməniləri silahlandıraraq, Xankəndi şəhərində çaxnaşma salmağa və etiraz aksiyaları keçirtməklərinə şərait yaradırlar. Lakin bilməlidirlər ki, bunun mənası yoxdur. Azərbaycan Dövləti lazım bildiyi zaman müdaxilə etmə gücünə malikdir" deyə Rauf Bayrambəyli bildirib.