Türkiyədə daxili aviareyslər bahalaşdı

img

Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi - 50% artırılaraq 2500 lirəyə qaldırılıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.

Bildirilib ki, təyyarədəki yerlərin 15%-i 2500 lirəyə, qalan 85%-i isə 1650 lirəyə satıla bilər.

Xəbəri paylaş: