
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikovun yerinə namizəd axtarır.
Rezonans.az xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, bu vəzifəyə ən azı iki namizəd var. Söhbət infrastruktur naziri Aleksandr Kubrakov və strateji sənaye naziri Aleksandr Kamışindən gedir.
“Reznikovun istefası nəzəri cəhətdən mümkün olandan praktiki mümkünə keçib”, - bəyanatda deyilir.
Avqustun 1-də Ali Radanın deputatı Oleksiy Qonçarenko bildirib ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tutduğu vəzifədən uzaqlaşdırıla və Böyük Britaniyaya səfir təyin oluna bilər.