Bakıda fasad quran şəxs faciəli şəkildə ÖLDÜ

img

Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.

Bu barədə Rezonans.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramovun 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: