Bakıda yük maşınlarının hərəkəti məhdudlaşdırılır? - DYP-dən AÇIQLAMA

img

Bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb. 

İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Rezonans.az-a bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir. 

İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.   

Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.

Xəbəri paylaş: