Tibb Mərkəzinin direktorun belə böhtan və qərəz haradan qaynaqlanır?

img

Son zamanlar mətbuatın gücü əvvəlki vaxtlar kimi deyil, deyənlər fikrimcə yanılmır. Bu gücü mətbuatdan oğurlayanlar jurnalistikaya, mətbuata təsadüfi soxulan cızma-qaraçıların doluşması, yetənə yetib, yetməyənə də bir daş atanlardır. Bu da cəmiyyətin ümumi bəlasıdır.


Tənqid etmək, nöqsanları yazmaq və dövlətin qanunlarına zidd gedərək insanların haqqına girmək həm cinayətdir, həm də imansızlıq. Cəmiyyətdə nöqsanları yazmaq, ictimailəşdirmək hər kəsin, xüsusilə də KİV nümayəndələrinin borcudur. Nöqsanların olmaması üçün hər kəs mübarizə aparmalıdır. Ancaq qərəzsiz, sifarişsiz. Kiminsə “dudkasına” gedib bir müəssisəni, rəhbər işçini, ziyalını əldə olan imkanlardan istifadə edib çayxana söhbətləri əsasında təkrar-təkrar ağır cinayətlərdə ittiham etmək nə jurnalistlikdir, nə də insanlıq.

Yadımdadır, bir dəfə Mətbuat Şurasında haqlı olaraq tənqid etdiyim ölkə banklarından birinin redaksiyamıza qarşı şikayəti araşdırılırdı, iclasda araşdırmadan tam haqlı olduğum, bankın əsassız müraciəti aşkar edilsə də, redaksiyaya bir məsələdə tutulan haqlı irada cavab verə bilmədim. Bildirildi ki, göstərilən faktların qəzetdə və saytda qısa müddət ərzində bir necə dəfə ardıcıl dərc edilməsi hadisəyə qərəzli münasibət, hüquq-mühafizə orqanları tərəfindən sübuta yetirilməmiş cinayətdə ittiham etmək isə qanunaziddir. Maraqlıdır, belə yanaşma qeydiyyatdan keçib müvafiq fəaliyyət göstərən bütün KİV-lərə, media nümayəndələrinə hər birinə aid deyilmi? Əgər belədirsə, bir saytda ölkənin ən böyük sənaye şəhərində yerləşən, ərazi üzrə bir neçə rayonun tibb müəssisəsinə rəhbərlik edən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə xanım Sadıqova haqqında qısa zaman kəsiyində ardıcıl olaraq dəfələrlə çox ağır ittihamlar irəli sürmək, onun barəsində rüsvayedici məlumatlar yazmaq və yaymaq, məhkəmənin hökmü olmadan onu cinayətkar kimi cəmiyyətə təqdim etmək istəyənlərin cinayət əməli deyilmi?

Şübhəsiz dünyada və ölkəmizdə insanların ən çox üz tutduğu tibb sahəsidir və burada kifayət qədər razı və narazı insanlar olur. Bu narazılıqların əsaslı və ya əsassız olmasını araşdırmadan tibb mərkəzi və bilavasitə onun direktoru haqqında dəfələrlə çayxana, dedi-qodu, sübuta yetirilməmiş rüsvayedici məlumatlar yaymaq yalnız sifariş və qərəzdən başqa bir şey deryilmi? İndi insanlar baş verənlərə əvvəlki dövrün arşını ilə deyil, müasir düşüncə tərzi ilə yanaşırlar. Desək ki, dövlət də kadrların fəaliyyətinə nəzarəti əvvəlki qaydada deyil, müasir tərzdə müəyyən edir, burada təəccüblü bir məsələ qalmır. Bəzi sosial şəbəkə və bir saytın Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə xanım Sadıqova haqqında dayanmadan dalbadal yazdıqlarına rəğmən əməkdaşlarımızın Sumqayıtda və Tibb Mərkəızinin əhatəsində olan rayonların sakinlərindən əldə etdiyi məlumatlardan aydın oldu ki ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə xanım Sadıqova əksəriyyətin razı qaldığı, müraciətlərin həllini mümkünləşdirən və tibbi kadrlara ciddi nəzarət edən bir rəhbər işçidir. Onun barəsində yazılan sifarişli, qərəzli məlumatlar yalnız ölkənin daha bir kadrını ləkələmək niyyəti daşıyır. Əslində bu yazı müəlliflərinin özünün də kimliyi araşdırılmalı, hansı əqidə və mənsəbə qulluq etməyi müəyyənləşdirilməlidir.


Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzeti

Xəbəri paylaş: