ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır

ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır

Birləşmiş Ştatlar taxıl müqaviləsi ləğv edildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə , Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır. 

Rezonans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən yazıb .

ABŞ Ukrayna taxılının alternativ ixrac marşrutlarından istifadəni artırmaq üçün Türkiyə, Ukrayna və Kiyevin qonşuları ilə danışıqlar aparır .

Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək qabiliyyətini artırmağı tələb edir.

Materialda qeyd olunur ki, taxılın əhəmiyyətli hissəsi Dunay çayı boyunca, eləcə də Qara dənizin dibi ilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək . Bundan sonra "başqa istiqamətlərə göndəriləcək". Nəşrin məlumatına görə, belə marşrut daha yavaş və daha bahalıdır.

Dunay boyunca “Ukraynanın ixrac imkanlarını artırmaq” səyləri Türkiyə və BMT-nin Rusiyanı taxıl sazişinə qaytarmaq üçün atdığı addımlarla paralel gedir .

Xəbəri paylaş: