Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi

img

Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan", “Zuğulba-3” sularda xilasetmə məntəqələrinin ərazisində, "Şirvan" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Xəbəri paylaş: