Ermənistanda əsgər əsgəri GÜLLƏLƏDİ

Ermənistanda əsgər əsgəri GÜLLƏLƏDİ

Ermənistandakı hərbi hissələrdən birində əsgər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 28-i, saat 19.20 radələrində N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib” – deyə məlumatda bildirilir.

Faktla bağlı təhqiqat aparılır.

Xəbəri paylaş: