Salyanda qatar relsə çıxan qadını vurub ÖLDÜRDÜ

img

16 avqust saat 08:30 radələrində ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Rezonans.az-a verilən məlumata görə, maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

Məlumata görə, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.

Xəbəri paylaş: