
Türkiyə Liviyanın şimal-qərbindəki Xüms limanını 99 il müddətinə icarəyə götürüb.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə sözügedən ərazidə hərbi baza yerləşdirəcək.
Belə bir addımın Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini gücləndirəcəyi, Türkiyənin ərazi sularına nəzarəti artıracağı və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyi iddia edilir.
Məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.