Xocalıda düşmənin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alındı

img

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Bu barədə Rezonans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Xəbəri paylaş: