Sabah saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Bu barədə Rezonans.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafi










