Şuşa və Füzuli məktəblərinə də vakansiya seçimi olacaq

img

Avqustun 21-i saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhəri 1 nömrəli və Füzuli rayonu 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib. 

Xəbəri paylaş: