İki rayonda yanğın oldu

İki rayonda yanğın oldu

Samux və Siyəzəndə yanğın olub.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Siyəzən rayonunun Siyəzən kəndində isə həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: