Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

img

Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Rezonans.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Dörtyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” markal minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Niftəliyev Samir Məhərrəm oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: