Rus təyyarəsi Türkiyədəki yanğını söndürmək üçün hərəkətə keçdi

img

Türkiyənin Rusiya Federasiyasından icarəyə götürdüyü amfibiya təyyarəsi  hazırda Çanaqqala vilayətində baş verən böyük meşə yanğınının söndürülməsində istifadə olunur. 

Rezonans.az TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.  

Yanğının söndürülməsinə Rusiyadan icarəyə götürülmüş iri təyyarə cəlb olunub", - Yumaklı bildirib.

Türkiyənin Çanaqqala vilayətində meşə yanğınının 11 saat davam etdiyi məlum olub. Yanğının söndürülməsində 8 təyyarə, 26 helikopter və 180-ə yaxın texnika iştirak edib. 

Xəbəri paylaş: