Ucarda mağaza, Bakıda ev yandı

img

Ucar şəhərində ümumi sahəsi 50 m² olan mağazanın içərisində 3 m² sahədə əşyalar və elektrik kabeli 2 p.m yanıb.

Rezonans.az FHN-in saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: