Daşaltı şəhidi 31 ildən sonra dəfn olundu

img

Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.

Rezonans.az xəbər verir ki, şəhidlə vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha  sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xəbəri paylaş: