Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırılacaq.

Rezonans.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Ağdam 4 yol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin, “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” Qaz Paylayıcı Stansiyalarının (QPS) girişində 200 mm-lik kranların dəyişdirilməsi ilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbəri paylaş: